Ərrifni duası (Mərifət duası) ərəbcə oxunuşu və tərcüməsi
İmam Zamanın (əf) qeybdə olduğu vaxt oxunulması əmr olunan dualardan biri də Mərifət duasıdır.
Zürarə İmam Sadiqdən (ə) nəql edir ki, buyurur: "... Allah şiələrin qəlbini (qeyb dövrü ilə ) imtahan etmək istəyibdir. Bu zaman batil yolda olanlar şəkk-şübhəyə düşəcəklər " - Zürarə deyir : "Sənə qurban olum! Əgər o zamanda yaşasam hansı işi görüm?" İmam (ə) buyurdu : "Ey Zürarə! Əgər o zamanı dərk etsən bu duanı oxu..."
"Üsuli-Kafi", Şeyx Kuleyni, cild 1, səh. 337
Seyyid ibni Tavus: "Əgər cümə günü işlərin və hər hansı müşküllə bağlı heç bir əməli yerinə yetirə bilməsən belə, bu duanı oxumaqda süstlük göstərməkdən çəkin! Çünki biz bu duanı Allahın məxsusən bizə aid etdiyi fəzilətindən hesab edirik. Buna görə də ona etimad göstər!"
"Cəmalul-Usbu", Seyyid ibni Tavus, səh. 315
Dua Azərbaycan dilində oxunuşu belədir.
Diqqət. Hansı hərfdən sonra qoşa nöqtə: qoyulubsa o hərif uzaldılmalıdır.
Əllahummə arrifni:
nəfsəkə fə innəkə in ləm tuarrifni: nəfsəkə ləm ə'rif nəbiyyikə.
Əllahummə arrifni: rasuləkə.
Fə innəkə in ləm tuarrifni: rasuləkə ləm ə'rif huccətəkə.
Əllahummə arrifni: huccətəkə fə innəkə in ləm tuarrifni huccətəkə daləltu an di:ni
Tərcüməsi
Allahım özünü mənə tanıt. Əgər sən özünü mənə tanıtmasan mən sənin nəbini tanımaram. (Tanıya bilmərəm)
Allahım rəsulunu mənə tanıt. Əgər sən öz rəsulunu mənə tanıtmasan mən sənin höccətini tanımaram (Tanıya bilmərəm).
Allahım höccətini mənə tanıt. Əgər sən öz höccətini mənə tanıtmasan mən dinimdə zəlalətə düşərəm (yolumu itirərəm).
Oxşar mövzular
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.